Aktor TvFəxriyyə MəmmədovaGündəmManşetSağlıqSosialVideo xəbərXəbər xətti

İNTİHAR: ölüm arzusu, yoxsa çarəsizlik? – Həkim izahı/VİDEO

Bu gün insanlar intihar haqqında çox danışır. Çətinliyə düşən, stress yaşayan, müxtəlif xəstəliklərə düçar olan insanlar tez-tez intihar edəcəklərini bildirirlər.

Bu fikri söyləyən hər bir insan həqiqətən intihar edə bilərmi? İntihara meyl edən şəxslərlə ətrafdakılar necə davranmalıdır?

Aktor.Az-ın əməkdaşının sullarına peşəkar psixonevroloq Fəxriyyə Məmmədova cavab verir:

 

 

Məmmədova Fəxriyyə Xanış qızı 1957-ci ildə Qubadlı rayonunda müəllim ailəsində anadan olub. Ağdam şəhərində 2 saylı beynəlmiləl orta məktəbini bitirərək, elə həmin il Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub.

1987-ci ildən etibarən Şuşa, Laçın, Ağdam şəhərlərində, daha sonra isə İran İslam Respublikasında həkim işləyib. Hazırda Bakı şəhəri Yasamal rayonundakı 3 saylı poliklinikada çalışır.

Həkim psixoterapevtdir.Mütəmadi olaraq dövrü mətbuatda, dövlət televiziya kanallarında maarifləndirici mövzularda çıxışlar edir.Rusiya, Qırğızıstan, Moldova, Almaniya, Fransa və digər ölkələrdə müxtəlif tibbi konfranslarda iştirak edib.

2015-ci ildə Fəxriyyə Məmmədovanın “Dünyada sülh, ailədə sülhdən başlayır” adlı kitabı dərc olunub.Ailəlidir, bir övladı var.

Peşəkar həkimin fərdi internet saytı da fəaliyyət göstərir. Daha ətraflı məlumat əldə etmək üçün bu ünvana daxil ola bilərsiniz: http://www.fakhriyyamammadova.com

 

Həkimlə əlaqə telefonları:

+994 50 317 4195

+994 50 581 5542