ManşetXəbər xətti

Bakıda sexdə yanğın: 2 nəfər ölüb

Bakıda sexdə yanğın hadisəsi baş verib.

Hadisə aprelin 10-da saat 05 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaq hazırlanması sexində baş verib. Yanğın nəticəsində hazırda şəxsiyyətləri məlum olmayan 2 nəfər sexin içərisində yanıb ölüb.

FHN-nin YMX-nin əməkdaşları tərəfindən yanğın nəzarətə götürülərək söndürülüb, 370 kv.m sahəsi olan sexin 44 kv.m-i yanmış, qalan hissəsi isə yanğından mühafizə edilib.

FHN-nin Əməliyyat-İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinə baxış keçirilməklə araşdırma aparılır