Ana SəhifəGündəmİran parlamentinə cavab verildi

İran parlamentinə cavab verildi

Milli Məclis İran parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bəyanatla bağlı cavab bəyanatı verib.

Cavab bəyanatında qeyd edilir ki, Milli Məclis İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı qəbul etdiyi bəyanatı Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə kimi qiymətləndirir.

Bildirilib ki, bu bəyanat İranın Azərbaycana qarşı növbəti siyasi təxribatıdır. Qeyd edilib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması müstəqil dövlət kimi onun suveren hüququdur və bununla bağlı ittihamlar qəbuledilməzdir.

Bəyanatda Milli Məclis İranı ölkəmizi hədəf alan qərəzli fəaliyyətdən çəkinməyə çağırıb.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments