İcra başçısı doğum gününü şəhid ailəsi ilə qeyd etdi – FOTOLAR
Təyin olunduğu ilk gündən hər zaman Şəhid ailələrinin, qazilərin və hər bir İsmayıllı sakinin yanında olan, onlara dəstək olmağa çalışan Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov növbəti dəfə təqdirəlayiq addım atıb.Cənab başçı öz doğum gününü Şəhidimiz Bədəlov Ruslanın anası Almarə ana ilə birlikdə qeyd edib.
Diqqətə çatdıraq ki, Almarə Bədəlova Kərim qızı rayonun ən yaşlı şəhid anasıdır.1969-cu ildə İsmayıllı şəhərində anadan olmuş Ruslan Maarif oğlu Bədəlov 1987-1989-ci illərdə Sovet Ordusunda hərbi xidmət keçib. 1993-ci ilin noyabr ayında RHK-ya könüllü müraciət edən qəhrəmanımız cəbhə xəttinə yollanır, qızğın döyüşlərə qatılır, düşmənlə üz-üzə dayanır, vətənin ağır günündə öz vətəndaşlıq borcunu yerinə yetirməyə çalışır.Tale elə gətirir ki, Ruslan 1993-cü il fevral ayının elə ilk günündə Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olur. Şəhidimiz 1993-cü il fevral ayının 3-də İsmayıllı rayonun Şəhidlər Xiyabanında torpağa tapşırılır.
Hesab edir ki, məmur kəlməsi qulağa nə qədər uzaq, yad və təkəbbürlü səslənsə də, Nahid Bağırovun sayəsində bəlli bölgə üzrə bütün bu fikirlər alt-üst oldu.Hörmətli icra başçısı, addımlarınızla, sərgilədiyiniz səmimiyyət və peşəkarlığınız sayəsində sizin kimi sadə, bizlərdən biri, ölkə rəhbərinə sadiq, işində məsuliyyətli bir insan, məmuru tanıdıq! Gələcək fəaliyyətinizdə uğurlar!