“Qəbir avantürası” iflasa uğradı – DEPUTAT
Bir neçə gün öncə sosial şəbəkələrdə yayılmış xəbərlərdə hazırda Avropada yaşayan Vidadi İsgəndərlinin atasının məzarının təhqir olunduğu iddia edilmişdi.Onun qohumları isə yayılmış xəbərlərin yalan və təxribat olduğu barədə açıqlama yaydılar.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor, millət vəkili Elman Nəsirov Milli Məclisə üzv seçildiyi Göyçayda son günlər baş verən Vidadi İsgəndərov olayına münasibət bildirib.
Aktor.Az onun fikirlərini olduğu kimi diqqətə çatdırır:
““Qəbir avantürası” iflasa uğradı… Ədalət zəfər çaldı… Hörmətli oxucular, yəqin ki, söhbətin nədən getdiyinin fərqindəsiniz.. Eşitməmiş olmazsınız, bir neçə gün öncə özünü hüquq müdafiəçisi kimi təqdim edən Vidadi İsgəndərov özünəməxsus tərzdə hay-həşir saldı ki, “ Vaveyla, şəriət əldən getdi… “ Niyə, nə baş verib? Birbaşa ittiham: Bəs Göyçayda atasının qəbri təhqir olunmuşdur. Növbəti ittiham: bu əməli YAP-ın gənc üzvləri etmişdir. İlk reaksiyam: bu, mümkün deyil. 89 saylı Göyçay-Agdaş seçki dairəsindən seçilmiş deputat olaraq ittiham müəllifini seçki prosesindən yaxşı tanıdığımdan onun bu ağır ittihamına inanmasam da, istənilən halda zəruru araşdırmaların aparılmasının fərqində idim. Obyektiv araşdırmalar özünü çox gözlətmədi. Müxtəlif səviyyələrdə-ittiham tərəfinin qohum-əqrəbasından tutmuş, ta vətəndaş cəmiyyəti institutları və jurnalistlər tərəfindən aparılmş araşdırmalar əsl həqiqəti üzə çıxartdı. Təkzibedilməz faktlarla sübuta yetirildi ki, Vidadi İsgəndrovun atasının qəbri təhqir olunmamışdır. İttiham tərəfinin YouTube-də təqdim etdiyi kadrların heç bir halda onun atasının qəbri ilə əlaqəsi yoxdur. Söhbət fərqli qəbirstanlıq və fərqli qəbirlərdən gedir. Maraqlananlar Göyçaya gəlib yerindəcə buna əmin ola bilərlr və ya You Tube-də bu fərqi konkret video təqdimatında izləyə bilərlər. Başqa sözlə, “Qəbir avantürası”ndan dar siyasi məqsədlər üçün istifadə sabun köpüyü effektini yaşamalı oldu. İndi başqa suallar daha aktualdır. Bu, kimə lazım idi? Əsl məqsəd nə idi?
Əziz həmvətənlər, hesab edirik ki, bu hadisə ölkəmizdə mütəşəkkil şəkildə hazırlığın getdiyi, obyektivliyinə, şəffaflığına və demokratikliyinə heç bir şübhənin olmadığı mühüm siyasi hadisəyə-Prezident seçkilərinə kölgə salmaq istəyən, tarixi nailiyyətimiz olan ictimai-siyasi sabitliyi və təhlükəsizlik mühütünü pozmağa çalışan, xaos və anarxiya istəyi ilə yaşayan, “bəlkə də qaytardılar” xülyası ilə nəfəs alan xarici anti-Azərbaycan siyasi dairələrə və onların əlində alətə çevrilmiş “sapı özümüzdın olan baltalar”a lazım idi. Bu nailiyyətlərimizin əsasında hakimiyyət-xalq birliyi dayanır. Bax bu birliyi pozmaq üçün həmin qüvvələr dəridən-qabığdan çıxır, ölçüyəgəlməz səviyədə şər-böhtan kampaniyasına rəvac verir, tərbiyəsizlik, əxlaqsızlıq və şərəfsizliyin son nöqtəsinə enirlər. İlk növbədə o insanları hədəfə alırlar ki, onların müasir Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişafında xüsusi xidmətləri olsun. Artıq bu, bir aksiomdur ki, bu xəbis və satqın xislətli adamların hədəf nöqtəsinə heç vaxt özükimiləri düşə bilməz. Onların düşməni Azərbaycan dövlətçiliyini göz bəbəyi kimi sevən və qoruyan insanlardır. Bu baxımdan antimilli ünsürlərin hədəfə aldığı şəxslər sırasında YAP-ın İcra katibinin müavini, Milli Məslisin İctimai Birliklər və Dini Qurumlarla İş Komitəsinin sədri Siyavuş Novruzovun da adını görəndə düzü təəcüblənmədim. Siyavuş müəllim müasir Azərbaycan dövlətçiliyinin banisi olan Ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri olmuşdur. Bu gün də Heydər Əliyev ideyalarına sadiqliyi, dəyişməz əqidəsi, vətənpərvərlyi, milli ruhu, milli təəssübkeşliyi və cənab Prezidentə sədaqəti ilə seçilir və bu baxımdan bir örnəkdir desək, səhv etmərik. Milli Məclisdə xüsusi hörmətə malikdir. Bu hörməti o, cəsarətli çıxışları, ədalətli mövqeyı, cəmiyyətdə böyük rəğbətlə qarşılanan təklifləri və bir çox hallarda antimilli ünsürlərlə bağlı səsləndirdiyi konstruktiv tənqidi fikirləri hesabına qazanıbdır. El ğözü tərəzidir. Siyavuş müəllimin bu keyfiyyətləri onu el gözündə sevdirsə də, düşmən gözündə ona qarşı sonsuz nifrət doğurmuşdur. Hətta bu reallıqda belə o, böyüklük göstərərək düşmən mövqedə dayanan insanlara siyasi opponent kimi baxır və onarı sivil mübarizəyə dəvət edir. Siyavuş müəllimin məlum hadisə ilə bağlı son bəyanatı da yuxarıda səsləndirdiyimiz fikirlərin məntiqi təsdiqi kimi də dəyərləndirilə bilər. Şübhə edənlər həmin bəyanatı bir də oxusa, pis olmaz.
Sonda onu da xüsusi olaraq vurğulayıram ki, Ümummilli lider Heydər Əliyev mövqeyi olan insanlara həmişə hormətlə yanaşırdı. Təsadüfi deyildir ki, ulu öndərin silahdaşı olan Siyavuş Novruzov da məlum olayla bağlı verdiyi bəyanatda insanları konstruktiv mövqe bildirməyə, haqqın, adalətin keşiyində dayanmağa səsləyir. Dostlar, gəlin hörmətli Siyavuş müəllimin bu çağırışına qoşulağın”.