Bakıda sahibkarın övladı oğurlanıb – 200 min
Bakıda kafe sahibinin övladı oğurlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə martın 25-də saat 22 radələrində Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində baş verib.
Naməlum şəxslər kafe sahibinin başına dəmir parçası ilə xəsarət yetirərək azyaşlı oğlunu oğurlayaraq zirzəmiyə gətirib stula bağlayıblar. Daha sonra həmin şəxslər uşağı bıçaqla hədələyib kafe sahibindən 200.000 manat verilməsini tələb ediblər. Kafe sahibi həmin şəxslərlə 20.000 manata razılaşıb.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.
Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.