AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Bilişim Vadisi arasında əməkdaşlıq haqqında protokol imzalanıb. Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev və Bilişim Vadisinin baş direktoru Ahmet Serdar İbrahimcioğlu imzalayıblar.
Protokola əsasən, Bilişim Vadisi AzTU-da beynəlxalq texnologiyalar üzrə marketinq, texnoloji tədqiqat və transfer fəaliyyətləri, proqram təminatı, dizayn, tədqiqat və inkişaf sahəsində layihələrin həyata keçirilməsinə dəstək göstərəcək.
![](https://aktor.az/wp-content/uploads/2023/03/1-980x1024.jpg)
![](https://aktor.az/wp-content/uploads/2023/03/2-1024x793.jpg)
![](https://aktor.az/wp-content/uploads/2023/03/3-1024x681.jpg)