Məişət zorakılığı və gender problemləri ilə bağlı ilk müzakirə keçirildi – VİDEO
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Məişət zorakılığı və gender: ortaq problemlərimiz” layihəsi çərçivəsində internet tv-də nəzərdə tutulmuş birinci veriliş ərsəyə gəlib.
AXC TV-nin “Azad meydan” proqramında bu yöndə sualları “Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyinin sədri Reyhanə Hacıyeva və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Mehriban Zeynalova cavablandırıb.
Verilişdə məişət zorakılığının baş vermə səbəblərindən, problemin nəzəriyyələrindən, Azərbaycanda bu sahədə həyata keçirilən işlərdən, problemin həlli zamanı meydana gələn çətinliklərdən, ailədaxili şiddətdən, tərəflər arasında insidentdən, dövlət və cəmiyyətin üzərinə düşən vəzifələrdən və s. bəhs olunub.
Ətraflı videoda: