Bölgələrində ət bahalaşıb?
Azərbaycanın bölgələrində mal və quzu əti bahalaşıb.
İsmayıllıda və Şamaxıda ət satışı ilə məşğul olan satıcılar Trend-ə bildiriblər ki, ətin qiymətində 2 manat artım müşahidə edilir.
Onların sözlərinə görə, bir həftədir ki, bazarda quzu ətinin qiyməti 14 manatdan 15 manata, mal ətinin qiyməti isə 11 manatdan 13 manata qalxıb.
“Budəfəki qiymət artımı mövsümü deyil. Əsas səbəb diri çəkidə alınan mal-qaranın baha olmasıdır”, – deyə satıcılar qeyd edib.
Bənzər mənzərə Ağsu və Göyçayda da müşahidə olunur. Satıcılar ətin bahalaşmasını ot və yemlə əlaqələndirsələr də, bəziləri hazırda ətlik mal-qaranın azlığını səbəb göstərir.
Satıcıların sözlərinə görə, qiymət artımı tələbatın azalmasına səbəb olub.