Gömrükdə bu sənəd də tələb olunacaq
“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli Sərəncamında dəyişiklik edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, idxal zamanı elektron bildiriş, Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, sağlamlıq sertifikatı, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən” sənəd tələb olunacaq.
Xatırladaq ki, daha əvvəl qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatı, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış tələb olunurdu.