Bakıda banka saxta dollar satan əcnəbilər yaxalandı
Bakıda saxta dollar satan əcnəbilər yaxalanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 16-da saat 14 radələrində Yasamal rayonu ərazisində yerləşən bankların birinə 12 ədəd 50 dollarlıq saxta əskinas verən 2 əcnəbi vətəndaş orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 26-cı Polis Bölməsinə təhvil verilib.
Araşdırma aparılır.