İsmayıllıda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib
Bildiyimiz kimi Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin, əbədiyaşar ideyalarının geniş ictimaiyyətə çatdırılması məqsədilə ölkə daxilində və Azərbaycanın hüdudlarından kənarda zəngin və çoxşaxəli tədbirlər keçiriləcək. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar Tədbirlər Planı hazırlanıb və İdarə Heyətinin qərarı ilə təsdiq edilib.
Tədbirlər Planı çərçivəsində fevralın16-da İsmayıllıda Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi gül dəstələri ilə ziyarət olunub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbir Heydər Əliyev Mərkəzində davam edib.