GündəmManşetSiyasətXəbər xətti

Xilasedicilərimiz 198 saat dağıntılar altında qalan qardaşları xilas ediblər

Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Türkiyədə zəlzələ nəticəsində 198 saat dağıntılar altında qalan qardaşları sağ çıxarıblar.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan xilasedicilərinin Türkiyə və Belarusdan olan həmkarları ilə birgə həyata keçirdikləri mürəkkəb xilasetmə əməliyyatı nəticəsində Kahramanmaraşda 17 yaşlı Muhammed Enes və 21 yaşlı Abdulbaki dağıntılar altından sağ xilas olunublar.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

https://newstube.az/embed/145796