Türkiyə konsulu ən çox ehtiyac duyulan əşyaları açıqlayıb
“Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycanda böyük bir yardım kampaniyası başlayıb. Bakıdan göndərilən yardımlardan sonra Gəncədə toplanan yardımlar Türkiyəyə çatdırılacaq. Bir qədər sonra yük maşınları yola düşəcək və bu, son deyil”.
Bunu Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop deyib.
Konsul bildirib ki, növbəti günlərdə də yardımların çatdırılması davam etdiriləcək: “Hər kəsə bunun üçün təşəkkür edirik. Göndərilmiş yardımlarda geyimlər, qidalar, çadırlar və sairə üstünlük təşkil edirdi. Növbəti günlərdə daha çox generator, isidici, çadır, yorğan kimi ən çox ehtiyac əşyaların yığılacağına ümid edirik”.
Diplomat vurğulayıb ki, yardımlar Türkiyədə AFAD tərəfindən koordinasiya edilərək ən çox ehtiyac duyulan yerlərə yönləndirilir.