GündəmManşetSiyasətXəbər xətti

“Azərbaycanaheyran qalmışam” – Böyük Britaniyanın keçmiş səfiri

Böyük Britaniyanın Azərbaycandakı keçmiş səfiri Ceyms Şarp Azərbaycanın sarsıdıcı zəlzələyə məruz qalmış Türkiyəyə göstərdiyi yardıma heyran qaldığını bildirib.Trend bu barədə keçmiş səfirin Tvitter səhifəsindəki paylaşıma istinadən xəbər verir.

“Azərbaycan dövlətinin və xalqının Türkiyə xalqına bu çətin zamanda göstərdiyi yardıma heyran qaldım”, – paylaşımda deyilir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Xeyli sayda insan həlak olub və yaralanıb.