Azərbaycanda yasda dava düşdü — Bıçaqlanan var
Şəmkir rayonunda yas mərasimində bıçaqlanma hadisəsi baş verib.“Report” xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb.
Kənd sakini, 1978-ci il təvəllüdlü Alıyev İdris İbrahim oğlu yas mərasimində mübahisə zəminində üz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin isə 1990-cı il təvəllüdlü Ruslan Rəşid oğlu Bağırov olduğu müəyyənləşib. Hazırda onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Faktla bağlı araşdırma aparılır.