Ağacan Abıyev: “Erkin Qədirlinin başı xarab olub, onun ağılı çaşıb”
Milli Məclisin sabiq deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, 85 yaşlı professor Ağacan Abıyev millət vəkili Erkin Qədirlini sərt tənqid edib.
Ağacan Abıyev Demokrat.az-a açıqlamasında bildirib ki, Erkin Qədirli ağlını itirib:
“Erkin Qədirlinin başı xarab olub, onun ağılı çaşıb. Mənim 90-a yaxın yaşım var. Azərbaycan parlamenti indiyədək bu qədər rüsvayçılıqla qarşılaşmayıb. Milli Məclis rəhbərliyi çağırıb ondan izahat almalıdır ki, səndə bu nəticə haradandır. Ümumiyyətlə, bu cür çıxış edən adamda ağıl ola bilməz. Erkin Qədirlinin səviyyəsi yoxdur. Ona sual vermək lazımdır ki, sən Azərbaycanı kimə satırsan? Onun kökünü araşdırmaq lazımdır. Çünki Erkinin bu çıxışı birmənalı olaraq Azərbaycan dövlətinin əleyhinədir”.