Əhalinin banklara nə qədər kredit borcu var? – Deputatdan açıqlama
Hazırda Azərbaycanda vaxtı keçmiş kreditlərlə bağlı mənzərə o qədər də pis deyil. 2022-ci ildə 20 milyard manat kredit borcları var. Vaxtı keçmiş kreditlərin həcmi isə təxminən 600 milyona yaxındır ki, bu da 3 faiz həcmindədir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.
O qeyd edib ki, 2021-ci illə müqayisədəə 2022-ci ildə bu rəqəm təxminən 18% azalıb.
Komitə sədri bildirib ki, bu, beynəlxalq praktikada qəbul olunacaq bir haldır.
T.Mirkişili qeyd edib ki, yaxın vaxtlarda parlamentə banklarla bağlı ayrıca bir paketin gəlməsi gözlənilir. O əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı bu istiqamətdə kifayət qədər mexanizm qurmağı bacarıb.