Makron Yelisey sarayında erməni terrorçularını qəbul etdi
Prezident Emmanuel Makron Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının (CCAF) həmsədrləri Ara Toranyan və Murad Papazyanla görüşüb.
Görüş zamanı qondarma erməni soyqırımı, Laçın yolu ilə bağlı məsələlər və Ermənistanın təhlükəsizliyi ətrafında müzakirələr aparılıb.
Əslində Toranyan və Papazyan siyasi meydanda erməni diasporunun təmsilçiləri kimi maskalansalar da, onların terrorçuluq fəaliyyəti, qaranlıq siyasi keçmişi bir çoxlarına məlumdur.
Ara Toranyan (Jan-Mark Ara Toranyan) – ASALA terror təşkilatının rəhbəridir. Terrorçu Monte Melkonyan öldürüldükdən sonra təşkilatın lideri Ara Toranyan olub.
O, Türkiyə əleyhinə ciddi fəaliyyəti ilə tanınır.
Murad Papazyan isə Fransada Azərbaycan əleyhinə təşkil olunan kampaniyaların əsas rəhbərlərindəndir. Ötən il iyulun 19-da Fransadakı erməni təşkilatları koordinasiya şurasının (CCAF) həmsədri, “Daşnaksütyun” təşkilatının bürosunun üzvü Murad Papazyanın rəhbərliyi ilə “Daşnaksutyun” partiyasının və beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları olan “Gənc daşnaklar” (FRA Nor-Seround) fraksiyasının üzvləri Parisdəki Azərbaycan səfirliyi qarşısında mitinq keçirmişdi.