GündəmManşetMediaSosialXəbər xətti

Əməkdar jurnalist yeni vəzifəyə təyin olundu — FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyinatı olub.

Bu vəzifəyə Əməkdar jurnalist Rəşad Nəsirov təyin edilib.

1977-ci il təvəllüdlü R.Nəsirov uzun illər müxtəlif televiziyalarda çalışıb. O, 2015-2020-ci illərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini vəzifəsində işləyib.

Xatırladaq ki, daha əvvəl AHİK-in Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Akif Təvəkküloğlu (Nəsirli) olub./Report