GündəmİqtisadiyyatManşetSosialTexnologiyaXəbər xətti

“CityNet” yeni internet saytını istifadəyə verdi

“CityNet” yeni internet saytını istifadəyə verdi

Abunəçilərinə təqdim etdiyi yüksək sürətli internet və keyfiyyətli TV xidməti ilə daima fərqlənən “CityNet” internet provayderi yeni rəsmi internet saytını istifadəyə təqdim edib.

“CityNet”in yeni internet saytı müasir dizaynı, funksionallığı, asan naviqasiyanı, eləcə də sayt vasitəsilə xidmətlərə görə onlayn odəniş sistemini özündə cəmləşdirir. Daima abunəçilərinin rahatlığını düşünən “CityNet” yeni internet saytı üzərindən xidmətlərə asanlıqla qoşulmaq üçün müraciət imkanını da təqdim edir. Müraciət üçün hər hansı bir sənədə ehtiyac yoxdur.

Yeni intenet saytında istifadəçilər şirkətin xidmətlərini, tariflərini və son xəbərlərini asanlıqla izləyə bilər, həmçinin onları maraqlandıran müxtəlif suallara tez-tez verilən suallar bölməsindən rahatlıqla cavab tapa bilərlər.

“CityNet” yüksək sürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (40 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Quraşdırılma xidməti abunəçilərə 24 saat ərzində təqdim edilir. Qoşulma şərtləri, yeni və mövcud tariflər, kampaniyalar, həmçinin texniki dəstək üçün *1177 və (012) 5377777 nömrələri ilə əlaqə saxlamaq mümkündür. Xidmətin hər hansı ünvanda mövcudluğunu şirkətin veb saytından və ya müştəri xidmətlərinə müraciət etməklə yoxlamaq olar. Daha ətraflı məlumatı www.citynet.az rəsmi internet saytına keçid edib əldə etmək mümkündür.