Daha bir futbolçu “Qarabağ”ı tərk edir — FOTO
Kadi Borgesin ardınca daha bir futbolçu “Qarabağ”ı tərk edə bilər.
Söhbət komandanın hücum xəttinin əsas üzvlərindən biri olan Kvabena Ovusudan gedir. Macarıstanın “Ferensvaroş” klubu Ağdam klubunun qanalı hücumçususu ilə razılığa gəlib. Bu barədə Rusiyanın “Sport-ekspess” nəşri məlumat yayıb.
Rusiyalı mütəxəssis Stanislav Çerçesovun rəhbərlik etdiyi Budapeşt təmsilçisi Ovusu ilə yanaşı “Slovan”ın (Slovakiya) surinamlı hücumçusu Menti Abeno ilə də anlaşıb. Məlumata görə, 2023-cü ilin yayında hər iki oyunçunun klubları ilə müqaviləsi başa çatır. Bundan sonra onların azad agent kimi macar klubuna keçəcəyi gözlənilir.
Qeyd edək ki, Ovusu bu mövsüm Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ferentsvaroş”la qarşılaşıb (1:1, 1:3). Ovusu Bakıda heç-heçə bitən görüşdə “Qarabağ”ın yeganə qolunun müəllifi olub.
publika.az