KriminalManşetXəbər xətti

Gəncədə narkotik saxlamaqda şübhəli bilinən qadın saxlanılıb

Gəncə Şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Diana Mehdiyeva saxlanılıb.

DİN-dən bildirilib ki, onun üzərinə baxış keçirilən zaman 5.54 qram narkotik vasitə olan “marixuana” aşkar edilib. Saxlanılan şəxsin ətrafında davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki istifadəyə yararsız tikilidə gizlətdiyi 6 torbada ümumi çəkisi 36 kq 745 qram “marixuana” da aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.