“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi daha bir layihəni uğurla yekunlaşdırılıb
“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə daha bir layihəni uğurla yekunlaşdırmışdır.
Layihə 2022-ci ilin sentyabr – noyabr aylarını əhatə etməklə əsasən Bakı şəhərində icra olunmuşdur.
Layihə çərçivəsində Qarabağ müharibəsi əlillərinə, onların ailə üzvlərinə, şəhid ailələrinə və digər aztəminatlı şəxslərə pulsuz hüquqi yardım xidməti göstərilmişdir. Belə ki, layihə müddəti ərzində 44-dən çox şəxsə hüquqi yardım göstərilmiş, onlardan 35-dən çox şəxsə iddia ərizəsi, apellyasiya şikayəti və müvafiq dövlət orqanlarına müraciətlər hazırlanmış, 9-dan çox şəxsə isə WhatsApp, Facebook və İnstagram sosial şəbəkələr vasitəsilə hüquqi yardımlar göstərilmişdir. Layihə müddəti ərzində müraciət edən şəxslərin əksəriyyətinin Qarabağ müharibəsi əlilləri və əsasən aztəminatlı şəxslər olduğu üçün müraciətlərin mövzusu işlə təmin olunma, mənzil ilə təmin olunma, müharibə veteranı adının verilməsi, aliment məbləğinin artırılması, alimentin ödənilməsinin üsulunun dəyişdirilməsi və digər məsələlər olmuşdur.
Layihə müddətində ödənişsiz hüquqi yardıma ehtiyacı olan şəxslərin çox olmasını nəzərə alaraq, yaradılmış WhatsApp (+99455858-55-59) və facebook sosial şəbəkələr üzərindən yaradılmış pulsuz hüquqi yardım səhifələri layihə bitdikdən sonra da öz işini davam etdirəcəkdir.