GündəmManşetSiyasətXəbər xətti

Gültəkin Hacıbəyli saxlanıldı

Sabiq deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli xaricdən ölkəyə qayıdarkən Bakıda hava limanında saxlanılıb.

Pravda-nın xəbərinə görə, bu barədə G.Hacıbəyli özü məlumat verib.

G.Hacıbəyli bildirib ki, ona qarşı 147.2-ci maddə ilə xüsusi ittiham qaydasında iş açıblar.

Onun Nəsimi Rayon Polis İdarəsinə aparıldığı qeyd olunub.