FotoGündəmManşetQHT AgentliyiSosialVətəndaş cəmiyyətiXəbər xətti

“QƏHRƏMANLIQ ELEGİYASI” adlı klipin təqdimat mərasimi baş tutdu – FOTOLAR

“QƏHRƏMANLIQ ELEGİYASI” adlı klipin təqdimat mərasimi baş tutdu

Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin və “Şəhid Analarına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə, bəstəkar Lalə Şirinin 44 günlük Vətən müharibəsi zamanı şanlı Zəfər Qələbəmizlə tarix yazan qəhrəmanlara həsr olunan “QƏHRƏMANLIQ ELEGİYASI” adlı klipin təqdimat gecəsi keçirilib.

İlk növbədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, şəhid anası Ceyran Həsənova açıb. O, qonaqları salamlayaraq təqdimatın mahiyyəti haqqında ətraflı məlumat verib.

Gecənin aparıcısı Əminəxatun Tərlan qonaqlara bəstəkarın yaradıcılığı haqqında geniş məlumat verib.

Sonra klip nümayiş olunub, tədbir iştirakçıları ekran əsərini göz yaşları və alqışlarla qarşılayıblar.

Tədbirdə şəhid anaları, elm və mədəniyyət, qələm adamları, klipin yaradıcı heyəti iştirak edib. Onlar Zəfərimizin tarixindən, nümayiş olunan klipdən bəhs ediblər.

Gecənin musiqili qonaqları olan şəhid və qazi övladlarından ibarət “Əmanət” xor kollektivi, Nizami Quliyev və Polad Quliyevin vətənpərvər ruhlu ifaları isə tədbirə xüsusi gözəllik qatıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı şanlı Zəfər Qələbəmizlə tarix yazan qəhrəmanlara həsr olunan “QƏHRƏMANLIQ ELEGİYASI” klipinin müəllifi Lalə Şirin, rejissor və montajçı Teymur Bayramova məxsusdur.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.