DTX-nin əməliyyatında nazir müavini də saxlanıldı
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, xüsusi əməliyyat zamanı Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb.
Xatırladaq ki, E.Əliyev 2020-ci ildə Mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin edilib.O, bu vəzifədə 2021-ci ilə qədər çalışıb. 2021-ci il 7 sentyabrda mədəniyyət nazirinin birinci müavini təyin olunub.
Həmçinin, 2020-ci ildən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədridir.