Rəqəmsal idarəetmə bacarıqlarının artırılması üzrə təlimlər davam edir – FOTOLAR
Oktyabrın 31-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşlikatlarına Dövlət Dəstəyi Agentliyi, Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin birgə fəaliyyəti ilə həyata keçirilən “Gənclər üçün rəqəmsal idarəetmə bacarıqların öyrədilməsi” layihəsinin növbəti təlimləri davm edir.
Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi tərəfindən keçirilən növbəti təlimdə müxtəlif ixtisaslarda təhsil alan 110 nəfər gənc iştirak edir.
Təlimin əsas məqsədi rəqəmsal idarəetmə sahəsində fəaliyyət göstərəcək gənclərin potensialının gücləndirilməsi və kadrların fəaliyyətində səmərəliliyin artırılmasıdır.
Təlim proqramının növbəti tədbirində Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin sədri Cavidan Ağazadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İntellektual sistemlərin idarəedilməsi” kafedrasının müdiri dosent Elvin Əzizbəyli, “Dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyaları” kafedrasının dosent Elçin Abasov, “Hüquq” kafedrasının müdiri professor İsaxan Vəliyev, “İnformasiya kommunikasiya texnologiyaları” şöbəsinin müdir Səxranbəy Xudiyev, “İnzibati idarəetmə” fakültəsinin dekanı dosent Elnur Əliyev, “Politologiya və siyasi idarəetmə kafedrası”nın müəllimi Zaur Məmmədov, Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Yusif Ağayev, İnformasiya texnologiyaları klubunun sədri Şahvələd Abdullazadə və digərləri layihənin önəmi və aktuallığı barədə danışıb, gələcək naminə İKT-nin əhəmiyyəti, gənclərin ictimai fəaliyyətində İKT-nın rolu, gənclərin sosial fəaliyyətlərinin effektiv idarə edilməsində İKT-nin əhəmiyyəti barədə geniş məlumat verib, bu sahədə uğurlu dövlət strategiyasının nəticələri barədə fikirlərini bölüşüblər.
Tədbirdə dövlət gənclər siyasətinin həyata keçirilməsi sahəsində əldə edilən uğurları diqqətə çatdıran təlimçilər bu nailiyyətlərin əsasında ölkə Prezident İlham Əliyevin innovativ inkişaf strategiyasının dayandığını vurğulayıblar. Qeyd edilib ki, ölkə gənclərinə göstərilən diqqət və qayğını Azərbaycan Respublikasında dövlət siyasətinin vacib tərkib hissəsidir, ölkədə icra olunan layihələr informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə gənclər üçün yeni imkanlar yaradır. “Gənclər üçün rəqəmsal idarəetmə bacarıqların öyrədilməsi” gənclər təşkilatları üzvlərinin birgə fəaliyyətini təmin edəcək vahid veb-platformanın yaradılmasını da əhatə edir. Layihə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi ilə gənclər təşkilatlarının üzvlərinin fəaliyyətinin səmərəlilik göstəricisinin yüksəldilməsi, e-dövlət idarəçiliyi mexanizmlərindən istifadə imkanlarını artırmaq, həmçinin e-hökumət institutunun və elektron xidmətlərin gənclər təşkilatı üzvləri arasında təbliğ olunmasını əhatə edir. Vətəndaş cəmiyyətinin inkişafı ilə əlaqədar tədqiqat aparan, eyni zamanda, bu sahədə nəzəri və praktik biliklərə malik olan ekspertlər çıxış edərək layihə barədə fikirlərini bölüşüblər. Çıxışlarda qeyd edilib ki, informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişaf etdirilməsinin prioritet sahə kimi müəyyən olunması və ölkədə bu sahənin inkişafı həyatın bütün sferalarında tətbiq olunması zərurəti yaratmışdır. Bu həmdə günümüzün tələbi, qloballaşmış və texno dünyanın əsas şərtidir. Layihə dövlətçilik, İKT-nin təbliği, rəqəmsal idarəetmə, davamlı insan inkişafı və formalaşmaqda olan yeni gənc nəslin maarifləndirilməsi üçün olduqca əhəmiyyətli hesab edilir.
Tədbirin sonunda iştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb və təlimdə fəal olan iştirakçılara sertifikatlar təqdim edilib.
Rəqəmsal idarəetmə bacarıqlarının artırılması üzrə təlimlər davam edir