Müharibə cinayətləri ilə bağlı jurnalın təqdimat mərasimi keçirilib –
30 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yarıdmı, Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı ictimai birliyinin təşkilatçılığı ilə Nərimanov Rayon İcra Hakimiyyətində “Müharibə və insanlıq əleyhinə törədilən cinayətlər. İkili standartlar və reallıq” adlı jurnalın təqdimat mərasimi keçirilib.
Tədbiri giriş nitqi ilə təşkilatın nümayəndəsi Xəlil Babayev açaraq Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Nərimanov Rayon Gənclər və İdman İdarəsinə təşəkkürünü bildirdi. Layihənin məqsəd və nəticələri barəsində tədbir iştirakçılarına məlumat verdi. Layihə çərçivəsində çap olunmuş jurnalda istər I Qarabağ, istərsə də II Qarabağ müharibəsində dinc əhaliyə qarşı törədilmiş terror aktları, itkin düşmüş şəxslərin statistik məlumatları qeyd edilib. Bundan əlavə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr və II Qarabağ müharibəsində dünya ölkələrinin tutduğu mövqelər jurnalın II fəslində ayrı-ayrılıqda sənədlərin orjinal verisylarının foto şəkilləri ilə əks etdirilib. Jurnalda həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici aparıcı KİV-lərə verdiyi müsahibə, Azərbaycan Respublikasının xarici siyasətinin priolitetləri qeyd edillmişdi. Son olaraq jurnalda işğaldan azad olunmuş torpaqlarımızın xronoloji ardıcıllığı haqqında məlumatlar əks etdirilib.
Tədbirin ikinci hissəsində gəcnlər ilə diskusiya şəraitində müzakirələr aparılmış, istər çap olunmuş nəşr vasitəsi, istərsə də hal-hazırda regionda baş verən beynəlxalq vəziyyət haqqında fikirlər bölüşülmüşdü.