Xomeyninin fransada çap edilen plakatlarları, Makronun küçə jarqonu, fars-fransız cütlüyü – SƏBUHİ ABBASOV YAZIR
1978-ci il. Fransada Ruhullah Xomeyninin plakatları hazırlanır İrana göndərmək üçün…
Xomeyni gözlənilmədən İranın xilaskarı kimi peyda olana qədər Parisdə yaşadığı dövrdə onu öz missiyaları üçün hazırlamışdılar. Xomeyni Fransaya uçub gedəndən sonra gözlənilmədən bütün dünyaya sözünü çatdırmaq imkanı qazandı. Amansız və kompromisə getməyən ayətullah beynəlxalq status əldə etdi. Şah, son nəticədə İranı 1979-cu ilin yanvarında tərk edəndə, ayətullahın evə qayıtmaq və imperiya sistemini dağıtmaq üçün yolu açıldı. Nəticədə, İranda İslam Respublikası quruldu, dünya boyunca müsəlmanların rəyi canlanmağa başladı.
Və bunların hamısı Fransanın həmin o kəndində cızılıb planlaşdırılmışdı.
Həmin o kənddə ki, orada avtomobil tıxacı və ya qarın yağması günlərlə müzakirə olunan hadisəyə çevrilir. (red.: bbc)
Bütün bu proseslərdə 1975-ci ildə yaranan erməni terror təşkilatı ASALA ciddi şəkildə iştirak edir, Xomeyniyə dəstək verirlər. Sonrakı illərdə isə bu teror təşkilatı Paris də daxil olmaqla, dünyanın bir neçə şəhərində türk diplomatlarını qətlə yetirirlər. Eyni ssenari, bu gün Azərbaycan diplomatlarına qarşı həyata keçirilir, yenə də Parisdə, Londonda, Vaşinqtonda…
İndi isə keçək Fransaya, lap elə Makronun özünə. Bu günlərdə açıqlama verib, deyir ki, Azərbaycan dəhşətli müharibə edib, erməniləri “incidib” və s. Çıxış mətbuatda var, təkrarlamaq istəmirəm. Küçə adamına elə Ali Baş Komandanımız lazımi dildə və lazımi səviyyədə cavab verdi, qısası “Bu prosesdə artıq Fransa yoxdur!” dedi.
Bəli, tarixə nəzər salsaq, adları da oxşar olan fars-fransız cütlüyünün “erməni sevgisi”nin təsadüfi olmadığını görərik.
Əslində baş verən proseslərin Rusiya pəncərəsindən baxışı da maraq doğurur. Sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizinin açılması region üçün təkcə iqtisadi dayanıqlıq gətirmir, eyni zamanda, siyasi asıllığı azalda, regionda yeni nəfəsliklərin formalaşması üçün mühüm zəmin yarada bilər. Rusiya bunu çox gözəl bilir, məhz buna görə Putin sözügedən sammitdə Makronun naşı, İranın ədalətsiz mövqedə olduğunu açıq bəyan edir.
Bəli, Fransa və İranın 30 il ərzində ərzində Azərbaycan torpaqlarının işğalına, məscidlərin donuz verməsinə çevrilməsinə reaksiya verməmələrinin əsl səbəbinin “erməni sevgisi” olduğuna yəqin ki, şübhəniz qalmadı. Buna sevgi demək, siyasi olaraq doğru deyil. Sadəcə böyük maddi resurslara malik erməni lobbisinin, ASALA kimi erməni terror təşkilatlarının diqtəsi desək, yanılmarıq. Ancaq dünya son 30 ildə çox dəyişib, elə Azərbaycan da. Prezident İlham Əliyevin dediyi kimi: “Bizim səbrimiz tükənməz deyil, əgər sülhlə bağlı nəticə olmasa adekvat addımlar atılacaq”. Bir sözlə, DƏMİR YUMRUQ yerindədir!
Siyasətdə təsadüf olmur, sadəcə faktlar var. İndi, 1978-ci ildə Fransada çap olunan plakatlarla Makronun “erməni sevgisi” arasındakı əlaqənin uyğunluğuna özünüz ad qoyun, mən isə bunu sadəcə fars-fransız debilizmi adlandıracam…
Səbuhi ABBASOV
7NEWS.az saytının rəhbəri,
QHT sədri