DünyaGündəmManşetSiyasətXəbər xətti

Prezident Putinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib. Aktor.Az xəbər verir ki, başsağlığında deyilir: 
“Hörmətli Vladimir Vladimiroviç.
Rusiyanın “An-26” hərbi-nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm”.