2 min müəllim kvadratın perimetrini hesablaya bilmir – nazir
Bir qrup müəllim oldu ki, bu gün tədrisi aparmaqla bağlı müəyyən bacarıqlarında problemləri var.Bu fikirləri çərşənbə günü REAL TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, müəllim öz fənnini bilmirsə, onda sinif otağındakı azyaşlı şagirdə nə öyrədəcək?
“Çox ciddi problemlə üz-üzəyik. Problem ondan ibarətdir ki, imtahanda iştirak edən 10-11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir. Burada güzəşt etmək mümkündürmü? Əlbəttə, yox. Təhsildəki hər hansı bu tip güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir. Yəni öz fənnini bilməyən müəllim 6 yaşlı uşağın qarşısına çıxıb gələcəyini əlindən alırsa bundan pis nəsə təsəvvür edə bilmirəm”, – deyə E.Əmrullayev bildirib.