Araz Əlizadənin ölüm səbəbi AÇIQLANDI
Xəbər verildiyi kimi Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə dünyasını dəyişib.
Bizim.Media-ya açıqlamasında Araz Əlizadənin oğlu Səməd Əlizadə partiya sədrinin ölüm səbəbini açıqlayıb.
O, deyib ki, Araz Əlizadə son vaxtlar onkoloji xəstəlikdən əziyyət çəkirdi: “atam çox sadə insan idi. Heç kimi narahat etməzdi. Mütəmadi müalicələr alırdı. Amma faydası olmadı. Dünən gecə saatlarında dünyasını dəyişdi”.
Araz Əlizadə bu gün saat 14:00-da Yasamal qəbirstanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Araz Mübariz oğlu Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulub. Talış əsillidir. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.
Azərbaycanlı siyasətçi, Azərbaycan Sosial Demokrat Partiyasının sədri olub. 2013-cü il prezident seçkilərində iştirak edib.