Hərbi jurnalist 3-cü binadan ev gözləyir
Qarabağ müharibəsi veteranı, İctimai TV-nin Qarabağ müxbiri Şöhrət Eyvazov bu barədə sosial şəbəkədə status paylaşıb.
14 ildir Bakıda ev növbəsini gözlədiyini bildirən Şöhrət Eyvazov yazır:
“Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə jurnalistlər üçün tikilən 3-ci binadan hər 2 Qarabağ müharibəsinin iştirakçısı olaraq mənə də ev veriləcəyinə ümidim üzülməyib.Əlbəttdə, Prezident hədiyyəsini istəməzlər, amma, mən niyə bu binada ev almağı arzuladığımı 2 cümlə ilə ifadə etməyə çalışacam:15 ili cəbhə bölgəsində olmaqla 20 ildir jurnalistikadayam.I Qarabağ müharibəsi veteranı və 20 il xidmət stajı ilə hərbi təqaüdçü kimi 14-cü ildir ki, Bakı şəhərində növbədə olsam da bu evin kim və nə vaxt tikiləcəyi məlum olmadığından yeganə ümidim bu evədir!
Real və virtual dostlara dəstək üçün təşəkkür edirəm!!
“XEYİRƏ VƏSİLƏ OLAN XEYİRİ EDİR”