Tofiq Yaqublu nə üçün saxlanılıb? – DİN-dən açıqlama

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu saxlanılıb

Trend-in əldə etdiyi məlumata görə, Tofiq Yaqublu bu gün polis əməkdaşları tərəfindən saxlanılıb.


Trend-in sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə Tofiq Yaqublu saxlanılıb. Hazırda müvafiq araşdırma aparılır. Araşdırma başa çatan kimi sərbəst buraxılacaq.