FotoManşetXəbər xətti

AzMİU tələbələrinin işğaldan azad olunmuş ərazilərimizlə bağlı buraxılış işləri beynəlxalq müsabiqədə qalib oldu

AzMİU tələbələrinin işğaldan azad olunmuş ərazilərimizlə bağlı buraxılış işləri beynəlxalq müsabiqədə qalib oldu

Memarlıq Təhsilinə Yardım üzrə Regionlararası İctimai Təşkilatın (Межрегиональная общественная организация содействия архитектурному образованию – MOOCAO) rəhbərliyi və Moskva Memarlıq İnstitutunun təşkilatçılığı ilə Memarlıq və dizayn üzrə buraxılış işlərinin XXXI baxış-müsabiqəsi keçirilib. Kazan şəhərində keçirilən müsabiqədə ölkəmiz də təmsil olunub.

Müsabiqədə ölkəmizi Azərbaycan Memarlıq və İnşaat Univeritetinin (AzMİU) Memarlıq fakültəsinin bakalavar və magistr səviyyəsi üzrə təhsil alan tələbələri təmsil edib. Tələbələrin buraxılış işləri yüksək qiymətləndirilib, MOOCAO-nun 1-ci (32 iş) və 2-ci (18 iş) dərəcəli diplomlarına layiq görülüblər. Qalib tələbələrimizdən Fərəh Talışıniskayanın işi Moskva Memarlıq İnstitutunun, Nərmin Xəlilovanın işi isə Rusiya Memarlar İttifaqının əlavə tiplomlarına layiq görülüb.

Memarlığın müxtəllif istiqamətləri, şəhərsalma, dizayn və bərpa üzrə təqdim edilən buraxılış işlərdən bir neçəsi işğaldan azad olunan ərazilərimizlə bağlı olub. Bu işlərdən “Şuşa şəhərində Qarabağın mədəni irsi muzeyi”, “Qarabağın (Şuşa, Ağdam, Laçın, Xocalı) memarlıq irsinin qorunması”, “Qarabağ memarlıq irsinin mühafizəsi (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı abidələri timsalında)”, “Zəngilan rayonu, Cahangirbəyli kəndinin yenidən qurulması layihəsi” xüsusi maraqla qarşılanıb və I yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqəyə ölkəmizlə yanaşı, Rusiya, Qazaxıstan, Qırğızıstan, Moldova və Ermənistandan yüzlərlə iştirakçı qatılıb.