Təşkilat sədrindən Arzu Qeybullayevaya sərt cavab – VYANADA
Xəbər verdiyimiz kimi Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet media üzrə ekspert Səbuhi Abbasov 12-15 oktyabr tarixlərində Avstriyada keçirilən “İnternet azadlığı konfransı: İnternet medianın rolu və vəzifələri” adlı konfransda iştirak edir.
Aktor.Az-ın xəbərinə görə, tədbirə ATƏT-in və Avropa Şurasının rəhbər şəxsləri, dünyanın nüfuzlu media və QHT rəhbərləri də qatılıblar.
Konfransda çıxış edən ASGA sədri Səbuhi Abbasov internet media sahəsində mövcud olan aktual problemləri qaldırmaqla yanaşı Azərbaycan əleyhinə neqativ fikirlər söyləyən Arzu Qeybullayevaya sərt cavab verib:
“Hörmətli xanımlar və cənablar. Məndən öncə çıxış edən dəyərli həmkarlarım Avropada və dünyada yeni medianın inkişaf perspektivləri, mövcud problemləri barədə geniş məruzə etdilər. Mən də çıxışımda Azərbaycanda, Cənubi Qafqaz regionunda internet medianın vəziyyəti, mövcud problemlər barədə danışacam. Artıq 26 ildir ki, Azərbaycan müstəqillik əldə edib, demokratik inkişaf yoluna qədəm qoyub.
Heç kimə sirr deyil ki, keçmiş sovet ölkələrinin böyük əksəriyyəti keçid dövrünü itkilərlə keçiriblər. Bəzi ölkələrdə bu proses hələ də davam edir. Azərbacyan bu prosesi minimum itki ilə başa vurum. Bu prosesdə azad jurnalistikanın rolu çox böyükdür. Mətbuatımızın problemlərinə gəlincə isə onu qeyd edə bilərəm ki, son vaxtlar dünyada baş vermiş qlobal böhran media sahəsinə də təsir göstərib. Çünki media öz işini daha çox reklam, piar üzərində qurur və istənilən şirkət də böhrana məruz qalanda ilk kəsdiyi vəsait reklamdan olur. Sosial şəbəkələr və media tamamilə başqa müstəvilərdir. Sosial şəbəkələrin işləmə prinsipinin əsas amili subyektivlik, medianın isə obyektivlikdir.
Mən burada çıxış edən və ölkəmizi durmadan aşağılayan Arzu Qeybullayevanın fikirlərinə öz münasibətimi bildirmək istəyirəm. Əvvəla erməni mediasında işləyən birisi Azərbaycanla bağlı obyektiv rəy bildirə bilməz. Bu sadəcə mümkün deyil. Digər tərəfdən biz burada dünyada internet medianın rolu və vəzifələrindən danışmaq üçün toplaşmışıq. Ümid edirəm konfrans hər kəs üçün faydalı olacaq. Bu faydalılığı hər vəchlə pozmaq düzgün deyil. Hər kəs gözəl bilir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib”.
Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Prezidenti QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşıb. QHT sədri, həmçinin, səfər çərçivəsində Avstriyada və Macarıstanda bir sıra işgüzar görüşlər keçirəcək.