ManşetQHT AgentliyiTəhsilVətəndaş cəmiyyətiXəbər xətti

Elmi platformaların  inkişafı üzrə yol xəritəsi layihəsinə start verilir

“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi “ İctimai Birliyi tərəfindən   2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Elmi platformaların  inkişafı üzrə yol xəritəsi: nailiyyətlər, problemlər və perspektivlər” adlı layihəsinə qeydiyyat başladı.

Müasir  dövrdə davamlı elmi inkişafın təmin olunmasında əsas vəzifələrdən biri beynəlxalq elmi informasiya məkanına inteqrasiya olmaqdır.Aparılan  elmi-tədqiqatlar, innovasiya fəaliyyətinin sürətlə inkişaf etməsi və bu tədqiqatlara olan istinadlar, araşdırmaların qlobal təsirə malik olduğunun göstəricisidir. Azərbaycanda elm və təhsilin  keyfiyyətini artırmaq və elmi nəticələri dünyaya çatdırmaqda dəstək vermək layihənin əsas məqsədidir.

Layihə çərçivəsində təşkil ediləcək tədbirlər  Azərbaycanda  dərc edilən elmi jurnalların, elmi-tədqiqat işlərinin  beynəlxalq standartlara uyğun formada hazırlanması, Azərbaycanın xarici elmi dairələrdə daha da uğurlu təqdimatına kömək edəcəkdir.

Layihə fəaliyyətlərinin həyata keçirilməsi üçün artıq layihə işçiləri, beynəlxalq  və yerli  mütəxəssislər, eləcə də könüllülər müəyyən edilmiş və avqust ayının 30-da, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin ofisində layihənin icrasına cəlb edilmiş şəxslərin  Planlama görüşü keçirilmişdir. Görüşdə layihə rəhbəri, “Qlobal Əməkdaşlıq və Analitik  Araşdırmalar Mərkəzi ” İctimai Birliyinin sədri Xəyalə Məmmədova, layihə əməkdaşı Pərvanə Xıdırova, layihənin icrasına cəlb edilmiş mütəxəssislərdən Rima Məmmədova , Umar Mir, Kəmalə Qəhrəmanova, Nadir Hüseynbəyov, Vüsal Bəxtiyarov, Ümid Məmmədzadə və digər şəxslər iştirak etmişdirlər. Görüş zamanı nəzərdə tutulan layihə fəaliyyətlərinin planlaması və layihə mövzusu üzrə prioritet istiqamətlər müəyyən edilmişdir.

Konfransda;

·        Elmin inkişafında elmmetriyanın rolu ,

·        Müasir texnologiyaların tətbiqi qaydaları,

·        Elmi-tədqiqat  məqalələrinin konseptual və nəzəri cəhətdən  strukturlaşdırılması,

·        Elmi-tədqiqat nəticələrinin nəşrə hazırlanması qaydaları,

·        Beynəlxalq təcrübədə elmi -tədqiqatlarda etika və problemlərin araşdırılması,

·      Tədqiqat qrantlarının elmi məhsuldarlığa təsiri  və.s mövzular haqqında təlimlər keçiriləcəkdir.

Təşkil olunacaq beynəlxalq elmi-praktiki konfrans Bakı Dövlət Universitetinin əsas korpusunda baş tutacaq.

İki günlük təşkil  konfransda iştirak ödənişsizdir.

Konfransda iştirak edən şəxslərə sertifikat təqdim  ediləcəkdir.

Layihə barədə əlavə məlumat almaq üçün layihə əməkdaşı Pərvanə Xıdırovaya  aşağıdakı elektron poçt vasitəsilə müraciət edə bilərsiniz: gcarcp.union.az@gmail.com

Qeydiyyat linki: https://forms.gle/JLheE9kRGhKZvgTu9

Müraciət üçün  son tarix: 28.09.2022-ci il