İran parlamenti son vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək
Sentyabrın 21-də İran Parlamenti (İslam Şurası Məclisi) Azərbaycan və Ermənistan arasındakı vəziyyətlə əlaqədar növbədənkənar fövqəladə iclas keçirəcək.Trend-in məlumatına görə, bunu İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Vəhid Calalzadə deyib.
V.Calalzadənin sözlərinə görə, İran parlamenti Azərbaycan-Ermənistan arasındakı vəziyyətdən ciddi narahatdır:
“Biz ölkənin yüksək vəzifəli rəsmiləri ilə bu məsələni müzakirə etmişik. İranın Xarici İşlər Nazirliyi və Ali Milli Təhlükəsizlik Şurasına müraciət edilib ki, bu məsələyə ciddi yanaşsınlar”, – deyə o qeyd edib.