GündəmManşetTexnologiyaXəbər xətti

Dövlət şirkətindən özəl şirkətə yüksək vəzifəyə təyinat

Abdullayev Üzeyir Həzi oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe qurumu olan Azintelecom MMC-də şöbə müdiri vəzifəsindən Probo şirkətinə Biznesin İnkişafı üzrə Direktor müavini vəzifəsinə təyinat alıb

Probo şirkəti Məhsulların sertifikatlaşdırılması Orqanıdır və bu sahədə böyük təcrübəyə malikdir.

Abdullayev Üzeyir bu təyinata qədər Ailə Tv Kabel Televiziyasında Direktor Müavini, Azerconnect şirkətində Satış və Xidmət bölməsinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar Agentliyində Baş Layihə Meneceri vəzifələrində çalışmışdır.