Şura 2018-ci il qrant müsabiqəsi qaliblərinin adlarını açıqladı – Siyahı
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.
İclasda 444 təşkilatın 2018-ci il birinci qrant müsabiqəsində, 19 təşkilatın isə HSŞ müsabiqəsində (cəmi 463) tələb olunan ekspert balını topladığını bildirib.
Şura 2018-ci il birinci qrant müsabiqəsinin, “Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsinin nəticələrini və qurumun 2018-ci il fəaliyyət planını təsdiq edib. İclasda həmçinin 2018-ci il ikinci qrant müsabiqəsinin elan edilməsi haqqında da qərar qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il 1-ci qrant müsabiqəsinin və “Hasilat Sənayesində Şəffaflıq” prosesində QHT-lərin iştirakı mövzusunda qrant müsabiqəsinin qaliblərinin SİYAHISInı təqdim edirik.