BORÇALI YANĞIMIZ – Fazil Mustafa
Millət vəkili Fazil Mustafa Borçalıda Aşura günləri ilə bağlı narahatlıq doğuran fikirlər səsləndirib.Parlament üzvünün fikirləri bu bölgədə birmənalı qarşılanmayıb.Samirə Bayramova adlı cəhaləti və xurafatı dəstəkləyən, xalqımızın tarixi adətinə fərqli yanaşan, psevdemokrat imici yaradan gənc fəal millət vəkilini biganəlikdə qınayıb.F.Mustafa isə ona belə cavab verib:
“Bu xanım əfəndiyə kimsə çatdıra bilərmi ki, Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini məndən çox qabardan olmayıb Milli Məclisdə? “Soydaşlıq” haqqında qanun layibəsini Borçalı ziyalılarının təşəbbüsü ilə parlamentə təqdim etmişəm. Gürcüstan azərbaycanlılarının əksər tədbirlərində aktiv iştirak edib bütün təşəbbüslərini dəstəkləmişəm. Sərhədlərin açılması, onların vizasız gəliş -gedişini hökumətdən tələb edən çıxışlarım sosal şəbəkədə doludur. Məclisdə də bu barədə çıxışlarım kifayət qədərdir. Elat Bayramından tutmuş, rəsmi tədbirlərə qədər iştirak etmişəm. Buyurun, cəhalətə deyil, tərəqqiyə aid nə təklifiniz var, dərhal göndərin bütün platformalarda həllinə çalışım. Ancaq başqalarının idarə etdiyi pultla mənə qarşı bu cür məntiqsiz ittihamları yönəltməyə mənəvi haqqınızın olmadığından əminəm. Narahat olmayın, Borçalının saf türk bulağının gözünü tutmuş bütün qumları mütləq təmizləyəcəyik”.