Gömrük Komitəsinə yeni sədr müavini təyin edilib
Dövlət Gömrük Komitəsində (DGK) yeni təyinat olub.Müvafiq sərəncamla general – mayor Bəhruz Quliyev Dövlət Gömrük Komitəsinə yeni sədr müavini təyin edilib.Dövlət Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, Bəhruz Quliyev 2003-cü ildə Milli Aviasiya Akademiyasının Avianəqliyyat İstehsalatı fakultəsinin əyani şöbəsinə daxil olub.2008-ci ildə həmin Akademiyanı avianəqliyyat istehsalatının təşkili ixtisası üzrə bitirib.
2011-ci ildə Baki Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olmuş, 2015-ci ildə Hüquqşünas ixtisasını bitirmişdir. Milli Aviasiya Akademiyasının Doktorantıdır
2009-cu ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsinin inspektoru, 2011-ci ildən həmin şöbənin baş inspektoru, 2013-cü ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, 2015-ci ildən rəisin birinci müavini, 2018-ci ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib.
7 yanvar 2022-ci ildən Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Rəisi vəzifəsinə təyin olunub.
2018-ci ildə “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı, 2021-ci ildə “Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərə görə” medalları ilə təltif olunub.
Ailəlidir, 4 övladı var.