GündəmManşetQHT AgentliyiSiyasətVətəndaş cəmiyyətiXəbər xətti

Agentlik 2022-ci il kiçik qrant müsabiqəsinin nəticələrini elan etdi – SİYAHI

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi  2022-ci kiçik qrant müsabiqəsinin nəticələrini elan edib.

Qrant müsabiqəsinə 7 istiqamət üzrə  584 layihə təqdim olunub. Onlardan 400 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib.

Müsabiqə qaliblərini səmimi qəlbdən təbrik edirik!

Məlumat üçün bildiririk ki, 22 avqust 2022-ci il tarixinə kimi qrant müqavilələri bağlanmalıdır və müsabiqənin nəticələrinə əsasən qalib elan edilən QHT-lərin 22 avqust 2022-ci ilədək Agentlik qarşısında öhdəliyi (debitor borc) olmamalıdır.

Əlavə məlumat üçün Agentliyin Aparatının əməkdaşları Xatirə Bəşirovaya (0503413771), Ülkər Süleymanovaya (0556986232), Agentliyin rəsmi sosial şəbəkə hesablarına və ya [email protected] mail ünvanına müraciət edə bilərsiniz.
QHT_2022_Qalibler_1

QHT_2022_Qalibler_2

QHT_2022_Qalibler_3

QHT_2022_Qalibler_4

QHT_2022_Qalibler_5

QHT_2022_Qalibler_6

QHT_2022_Qalibler_7