QHT Agentliyinin Müşahidə Şurasının növbəti qrant müsabiqəsi ilə bağlı iclası keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
18 iyul tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda Agentliyin “2022-ci il kiçik qrant müsabiqəsi”nə təqdim olunmuş layihələr müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdur.
Daha sonra iclasda Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin inkişafına və təşviqinə dair Konsepsiya Sənədinin hazırlanması məsələsinə baxılmış, müvafiq işçi qrupu çərçivəsində fəaliyyətin davam etdirilməsi tapşırılmışdır.
Qeyd edək ki, “2022-ci il kiçik qrant müsabiqəsi”nin qalibləri 19 iyul 2022-ci il tarixində elan ediləcəkdir.