Ana SəhifəManşetGəncədə yelləncək qırıldı, uşaq yaralandı

Gəncədə yelləncək qırıldı, uşaq yaralandı

Gəncədə 12 yaşlı uşaq yelləncəkdən yıxılaraq xəsarət alıb.

Hadisə şəhərin Bayraq Meydanı parkında baş verib.

2010-cu il təvəllüdlü N. Abbasova elektriklə işləyən yelləncəyin qırılması nəticəsində hündürlükdən yıxılıb. Azyaşlı sol qabırğalarının sınığı və digər bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda onun səhhətinin normal olduğu bildirilir.(qafqazinfo.az)

RELATED ARTICLES

Most Popular