Daha bir deputat maaşının artırılmasını istədi
“Deputatların maaşlarının artırılması ilə bağlı heç bir rəsmi açıqlama yoxdur. Bu barədə rəsmi sənəd də imzalanmayıb. Millət vəkilləri tez-tez seçicilərlə görüşə getməlidirlər, tədbirlərdə iştirak etməlidirlər. Bu məsələlər vacibdir, nəzərə alınmalıdır. Bəzi deputatlar rayonda yaşayırlar, bəziləri rayonlar üzrə seçki dairlərini təmsil edirlər. Dəfələrlə rayona gedib-gəlirlər. Elə-belə alınmır…”
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
“Şəxsi avtomobillə gedəndə, benzinə pul xərcləyirik. Benzin, amortizasiya xərcləri, maddi məsələlər var… Bunlar hamısı nəzərə alınmalıdır. Maaşlar artırılsa, əlbəttə, yaxşı olar”, – deputat bildirib.