ManşetXəbər xətti

Qazaxda yeni doğulan körpə öldü

Qazaxda yeni doğulmuş körpə vəfat edib.

Dünən saat 23:00 radələrində rayonun Kosalar kənd sakini, 1996-cı il təvəllüdlü Könül Şabanova doğuş sancıları ilə Qazax Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib.

Bir neçə dəqiqə sonra körpə dünyaya gəlib. Lakin az sonra yenidoğulan nəfəs çatışmazlığı səbəbindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)