“Vəsaitlərin icra başçılarının mənimsəmələrinə yol vermək olmaz” – Deputat
“Sahibkarlığın inkişafına ayrılan vəsaitlərin əhaliyə çatmasında, xərclənməsində ciddi problemlər var”.
Bunu Milli Məclisin deputatı Vahid Əhmədov 2022-ci il dövlət büdcəsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, həmin vəsaiti icra başçılarının mənimsəmələrinə yol vermək olmaz:
“Monitorinq keçirmək lazımdır ki, həmin vəsaitin insanlara çatması təmin edilsin”, – deyə o əlavə edib.