KriminalManşetXəbər xətti

Xırdalanda ata oğlunu öldürdü

Abşeronda 35 yaşlı kişi qətlə yetirilib, atası tutulub.

Bu barədə Abşeron Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, iyunun 19-u saat 23 radələrində rayonun Xırdalan şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin İbadovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin atası, 1967-ci il təvəllüdlü Etibar İbadovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı İlkin İbadova bıçaqla xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Etibar İbadov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.